Nəsimi rayonunda 65 yaşdan yuxarı sakinlərə ərzaq bağlamalarının çatdırılması işləri davam etdirilir

1 Aprel 2020 12:17 (UTC+04:00)

Koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə tədbiq edilən karantin rejimi ilə əlaqədar RİH-tərəfindən rayon ərazisində yaşayan 65 yaşdan yuxarı tənha sakinlər ilə əlaqə saxlanılaraq onların problemləri və ehtiyacları öyrənilir. Həmin kateqoriyadan olan daha 25 ailəyə RİH tərəfindən müxtəlif çeşidli ərzaq bağlamaları çatdırılmış, operativ qərargahın telefon nömrələri onlara verilmişdir. Həmin ailələr mütəmadi olaraq RİH əməkdaşları tərəfindən nəzarətdə saxlanılır.