“14618 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb” –BDYPİ

1 Aprel 2020 12:43 (UTC+04:00)

Son 12 gündə postlardan keçmək istəyənb avtomobillərin sayı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Mövqe.az-a  verilən məlumata görə, 19.03.2020-ci il tarixdən 01.04.2020-ci il 08:00-dək 8579 nəqliyyat vasitəsinin rayon, 24.03.2020-ci il tarixdən 01.04.2020-ci il 08:00-dək isə 6039 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.

Ümumilikdə bu günədək 14618 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.