Koronavirusdan pik ölüm həddi yaxınlaşır - Aprelin 15-də...

1 Aprel 2020 13:14 (UTC+04:00)

ABŞ-da koronavirus qurbanlarının sayı 100 min-2,2 milyon arasında dəyişə bilər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti ekspert materiallarına istinadən məlumat yayıb.

Ən yaxşı ssenari hökumətin müdaxiləsini əhatə edir. Əks halda COVID-19 səbəbilə 100-200 min, pik həddə isə 1,5 milyondan 2,2 milyona qədər insan həyatla vidalaşa bilər.

Pik ölüm həddini mütəxəssislər aprelin 15-nə proqnoz veriblər. Həmin gün 2214 nəfər koronavirusdan ölə bilər. Sonrakı mərhələdə ölü sayı azalacaq. İyunun 1-dək həyatla vidalaşanların sayı gündə 250, həmin tarixdən etibarən isə 100 nəfər olacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp qarşıdakı iki həftənin gərgin olacağını söyləyib.

“Ümid edirəm ki, mütəxəssislərin proqnozlaşdırdığı kimi, tunelin sonunda işıq görəcəyik”, - Amerika prezidenti açıqlamasında qeyd edib.

Ötən günlər ərzində ABŞ-da koronavirusdan rekord sayda insan ölüb - 865 nəfər. Həyatla vidalaşanların ümumi sayı 3873 nəfərdir, onlardan 1096-sı Nyu-York sakinləridir.