Masallıda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri gündən- günə davam etdirilir

1 Aprel 2020 19:50 (UTC+04:00)

SİA.az-ın verdiyi xəbərə görə Masallı rayonunda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri gündən — günə davam etdirilir.

Belə ki, 1 aprel 2020-ci il tarixdə, sübh tezdən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, hüquq mühafizə orqanları rəhbərləri, polis əməkdaşları, ziyalılar, ağsaqqallar və din xadimləri ilə birgə səfərbər olaraq rayonda əhalinin sıx olduqları yerlərdə maarifləndirmə işləri aparıb, əhalinin zərurət yaranmadıqda yaşayış yerlərini tərk etməmələri, evdə qalmaqları tapşırılıb. Eyni zamanda rayon ərazisində dezinfeksiya işləri də sürətlə aparılır. Beləki şəhərin Heydər Əliyev prospekti, 20 Yanvar küçəsi, mərkəzi bazar ərazisi və digər küçələr mütəmadi olaraq maşınlarla və ya xüsusi aparatlarla dezinfekiya edilir.

ƏLIHÜSEYN ŞÜKÜROV