ETSN-də daha bir kadr təyinatı olub

1 Aprel 2020 15:00 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni yaradılan Dövlət Ekoloji Ekspertiza Agentliyinə rəhbər təyinatı olub.

Nazirliyin mətbuat katibi İradə İbrahimova "Report"a deyib ki, Mirsalam Qənbərov Agentliyin idarə heyətinin sədri təyin edilib.

O qeyd edib ki, bu təyinata qədər o, nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi olub. M.Qənbərov 2001-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışır”.