“İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb

8 İyul 2013 17:55 (UTC+04:00)

İyulun 14-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün keçirilən III ixtisas qrup üzrə qəbul imtahanında iştirak edəcək abituriyentlərə "İmtahana buraxılış vərəqəsi"nin verilməsinə başlanılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Mövqe.az-a verilən xəbərə görə, bunun üçün abituriyentlər komissiyanın saytında yaradılmış müvafiq şöbəyə daxil olaraq İş nömrəsi, şifrə və kodu daxil etməklə "İmtahana buraxılış vərəqəsi"ni əldə edə bilərlər.


Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarına bu həftədən etibarən başlanacaq. belə ki, iyulun 14-də III ixtisas qrupu üzrə, iyulun 21-də I, iyulun 28-də IV, avqustun 3-də isə II ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək.