Koronavirusla mübarizəyə cəlb edilən könüllülərə 250 manat mükafat ödəniləcək

1 Aprel 2020 21:17 (UTC+04:00)

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən könüllülərə 2020-ci il aprelin 1-dən aylıq 250 manat məbləğində mükafat ödəniləcək.

Mövqe.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.