Ordumuzun mövqeləri cəbhənin müxtəlif istiqamətlərində atəşə tutulub

9 İyul 2013 11:05 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan, Horadiz, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 

Düşmən cavab atəşi ilə susdurulub.