Azərbaycan və ABŞ hərbçiləri birgə taktiki təlimdə iştirak edəcəklər

9 İyul 2013 11:15 (UTC+04:00)

Azərbaycan və ABŞ hərbçiləri birgə taktiki təlimdə iştirak edəcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a daxil olan məlumata görə, Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq Planına əsasən iyulun 15-dən Bolqarıstanın Novo Selo hərbi poliqonunda "Qara Dəniz Rotasiya Qüvvələri 2013" səhra şəraitində taktiki təlim keçiriləcək.


Hərbi təlim avqustun 4-də başa çatacaq.