ABŞ-da 6 həftəlik körpə koronavirusun ən gənc qurbanı oldu

2 Aprel 2020 10:55 (UTC+04:00)

ABŞ-ın Konnektikut ştatında 6 həftəlik körpə koronavirusun ən gənc qurbanı olub.

Trend-in məlumatına görə, uşaq xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda onun virusa hansı şəraitdə yoluxduğu müəyyənləşdirilir.

Qeyd edək ki, bu günədək ABŞ-da 215 300 nəfər koronavirusa yoluxub, 5 110 nəfər həyatını itirib.