Azərbaycanda 20 yaşlı qız özünü öldürüb

9 İyul 2013 11:27 (UTC+04:00)

Sabirabad rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Mövqe.az-a verilən məlumata görə, hadisə rayonun Qalaqayın kəndində qeydə alınıb.


Kənd sakini, 1993-cü il təvəllüdlü Vəfa İbişova yaşadığı evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.