Azərbaycana maska istehsalı üçün lazımi xammal gətirilib

2 Aprel 2020 12:11 (UTC+04:00)

"Ötən gecə maska istehsalı üçün lazımi xammal ölkəyə gətirilib".

Mövqe.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, maska və spirtlə bağlı məsələ yaxın günlərdə öz həllini tapacaq.