Dayı bacıoğlusunu qətlə yetirdi

9 İyul 2013 11:45 (UTC+04:00)

Sumqayıtda dayı bacısı oğlunu bıçaqlayıb. Şəhər Prokurorluğundan Mövqe.az-a verilən məlumata görə, 1966-cı il təvəllüdlü Əliabbas Cəbrayılov bacısı oğlu 1980-ci il təvəllüdlü Vüsal Tahir oğlu Əsgərovu bıçaqlayıb. Ağır yaralanan V.Əsgərov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.


Bacısı oğlunu bıçaqlayaraq hadisə yerindən qaçan dayını isə polis əməliyyat-axtarış tədbirləri nəticəsində tuta bilib. Hadisənin nə səbəbdən baş verdiyi araşdırılır.


Faktla bağlı cinayət işi başlanıb.