Sosial yardımlarla bağlı yaxın günlərdə qərar qəbul ediləcək

2 Aprel 2020 13:08 (UTC+04:00)

"Sosial yardımlarla bağlı hamı öz mülahizələrini söyləyir. Sosial ödənişlərə bağlı təkliflər irəli sürülür".

Mövqe.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, hələ son qərar yoxdur:

"Yaxın günlərdə qərar qəbul ediləcək. Qərar vətəndaşlara dəyən ziyanın yüngülləşdirilməsi istiqamətində olacaq. İtkilər minimallaşdırılmalı, aztəminatlı ailələrə yardım olunmalıdır. Hələ ki, hansısa dəqiq rəqəm demək mümkün deyil".