İspaniyada pandemiyadan ölənlərin sayı 10 mini keçdi

2 Aprel 2020 14:10 (UTC+04:00)

İspaniyada son sutkada daha 950 nəfər koronavirusdan ölüb.

Mövqe.az xəbər verir ki, məlumatı “Ahaber” yayıb.

Bildirilib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 10 003-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 946 800-ü ötüb. Bunların 200 317 nəfəri sağalıb, 48 135 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.