Lütfi Zadə 400 min avro mükafat aldı

9 İyul 2013 12:47 (UTC+04:00)

Madriddə İspaniyanın "BBVA (Banco Bilbao Vizcaya Argentaria, S.A.)" fondunun elm və mədəniyyət sahəsi üzrə təsis etdiyi mükafatların təqdimetmə mərasimi keçirilib. Fond tərəfindən elm və mədəniyyət sahəsində töhfələrə görə 10 mükafat təqdim olunub.


Fond tərəfindən İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) kateqoriyasında dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə 400 min avro dəyərində mükafata layiq görülüb