Gürcüstanda daha 14 nəfər koronavirusa yoluxdu

3 Aprel 2020 10:28 (UTC+04:00)

Gürcüstanda daha 14 nəfərin koronavirusa yoluxması təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla COVID-19 infeksiyasına yoluxanların sayı 148-ə çatıb, onların 27-si sağalıb.

Karantində 5 550, stasionar nəzarətdə isə 281 nəfər saxlanılır.

Hazırda Gürcüstanda 121 aktiv koronavirus xəstəsi var.