Pensiyalar avqust-sentyabr aylarında artacaq

9 İyul 2013 13:07 (UTC+04:00)

Dövlət Sosial Müdafiə Fondu ölkə başçısına pensiyaların artırılmasına dair müvafiq təkliflərini verib və hazırda prezidentin bu barədə sərəncamı gözlənilir.


Fondun mətbuat xidmətinin rəhbəri Elman Babayev "APA-Economics"ə bildirib ki, pensiyaların artırılması avqust, ən gec isə sentyabrda baş verəcək.

 

Qeyd edək ki, pensiyaların təxminən 15-20% səviyyəsində artması nəzərdə tutulur.