İspaniyada koronavirusdan ölənlərin sayı 11 minə çatır

3 Aprel 2020 14:13 (UTC+04:00)

İspaniyada son sutkada daha 932 nəfər koronavirusun qurbanı olub.

Mövqe.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, İspaniyada virus 10 935 nəfərin həyatına son qoyub.

Koronavirusa yoluxanların sayı isə 7 472 nəfər daha artaraq 117 710 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 204 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 026 688 nəfərdir. Bunların 218 573 nəfəri sağalıb, 54 045 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.