Niderlandda bir gündə 146 nəfər koronavirusdan öldü

3 Aprel 2020 19:45 (UTC+04:00)

Niderlandda koronavirusa yoluxanların sayı 15 723-ə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Niderladın Səhiyyə İnstitutu məlumat yayıb.

Son sutka ərzində 1 026 nəfər yoluxub,148 nəfər virusdan ölüb. Bununla da infeksiya qurbanlarının sayı 1 487-yə çatıb.

Qeyd edək ki, aprelin 2-də Niderlandda 14 697 nəfər koronavirusa yoluxmuşdu. Ölənlərin sayı isə 1 339 nəfər idi.