AQTA-nın Çağrı Mərkəzi bu gün fasilələrlə işləyəcək

4 Aprel 2020 12:27 (UTC+04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003-Çağrı Mərkəzi yeni elektron sistemin tətbiqi ilə əlaqədar bu gün saat 18:00-dan 21:00-dək fasilələrlə öz fəaliyyətini davam etdirəcək.

Bu barədə Mövqe.az-a agentlikdən məlumat verilib.

Vətəndaşlar mövcud vəziyyəti nəzərə almaqla, həmin müddət ərzində müraciətlərini onlayn şəkildə agentliyin rəsmi saytı (www.afsa.gov.az) və ya qurumun rəsmi "Facebook" səhifəsi vasitəsilə (facebook.com/afsa.gov.az) göndərə bilərlər.