Yenidən barışdılar

9 İyul 2013 15:15 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, 20 yaşlı Selena Qomez və 19 yaşlı Castin Bieber, pərəstişkarlarını yenidən çaşdırıb. Ayrılıb yenidən barışan iki gəncin hekayəsi Meksika seriallarını xatırladır. Məşhur cütlük son dəfə ötən il noyabr ayında ayrılmışdı. Ayrılığa, məşhurlar arasında geniş yayılmış gərgin iş rejimi səbəb olmuşdu. Lakin şayələrə görə ayrılığı Selena istəmişdi. Qısa bir müddət əvvəl isə cütlüyün yenidən barışdığı deyilib. Castin sosial şəbəkədə Selena ilə romantik bir fotoşəkilini paylaşıb.