Koronavirusla bağlı Azərbaycan neftçilərindən həmrəylik çağırışı - VİDEO

4 Aprel 2020 16:06 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) #Bizbirlikdəgüclüyük şüarının səsləndirildiyi videoçarx hazırlayıb.

Mövqe.az xəbər verir ki, videoçarxda neftçilər koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmaması üçün həmrəyliyə səsləyir.

Koronavirus infeksiyasının yayıldığı bu günlərdə iş başında olan neftçilər “Biz birlikdə güclüyük” mesajını səsləndirir.