Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 4 000-i ötdü

4 Aprel 2020 17:45 (UTC+04:00)

Böyük Britaniyada son sutkada 708 nəfər koronavirusdan ölüb.

“Report” “Independent”ə istinadən xəbər verir ki, ölkədə virusdan vəfat edənlərin sayı 4 313-ə yüksəlib.

Məlumata görə, krallıqda indiyədək testdən keçmiş 183 190 nəfərdən 41 903-də nəticə pozitiv çıxıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 138 000-i ötüb. Bunların 236 000 nəfəri sağalıb, 61 141 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.