Ağstafada avtomobil transformatora çırpıldı, onlarla ev işıqsız qaldı

4 Aprel 2020 19:22 (UTC+04:00)

Ağstafa rayonunda yol qəzası baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı transformatora çırpılıb. Nəticədə transformatora və avtomobilə ciddi ziyan dəyib. Eyni zamanda ərazidə elektirik enerjisi kəsilib, onalarla ev işıqsız qalıb. 

Faktla bağlı araşdırma aparılır.