Az yatanların koronavirusa yoluxmaq riski daha çoxdur

4 Aprel 2020 20:20 (UTC+04:00)

Özünütəcrid dövründə insanların zəngli saatdan istifadə etməsi xroniki yuxu çatışmazlığına səbəb olur.

Mövqe.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Moskva Dövlət Universitetinin Yuxu Tibb Mərkəzinin müdiri Aleksandr Kalinkin TASS agentliyinə verdiyi müsahibədə bildirib.

Mütəxəssis orqanizmin virus xəstəliklərinə qarşı müqavimətinin düzgün yuxu rejimindən asılı olduğunu söyləyib:

"Yeddi saatdan çox yatan insanın, beş saatdan az yuxu yatan şəxslə müqayisədə, infeksiyaya yoluxma ehtimalı 250 faiz azdır".