Futbol hakimi karantin qaydalarını paraşütlə tullanaraq pozub

4 Aprel 2020 23:31 (UTC+04:00)

Futbol üzrə Meksika çempionatının oyunlarını idarə edən hakim Adonay Eskobedo koronavirusla bağlı ölkədə tətbiq olunan karantin qaydalarını pozub.

"Report"un məlumatına görə,bu barədə "El Universal" nəşri xəbər yayıb.

İzolyasiya qaydalarına əhəmiyyət verməyən 33 yaşlı referi paraşütlə tullanıb. O, daha sonra havada çəkilmiş fotolarını sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, Adonay Eskobedo cari mövsüm Meksika çempionatının 8 oyununa təyinat alıb.