Tovuzda avtomobil maneəyə çırpıldı, xəsarət alan var

5 Aprel 2020 21:15 (UTC+04:00)

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Tovuz şəhər ərazisində qeydə alınıb. 

Hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılması nəticəsində sürücü xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, araşdırma aparılır.