İtaliyada son sutka ərzində daha 525 nəfər koronavirusun qurbanı olub.
Mövqe.az xəbər verir ki, bu barədə hakimiyyət orqanları məlumat yayıb.
Bununla da ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 15 887 nəfərə çatıb.
Qeyd edək ki, bu, son vaxtlar ölkədə pandemiyadan ölənlərlə bağlı qeydə alınan ikinci ən yüksək göstəricidir. Son dəfə 2 həftə əvvəl İtaliyada bir gündə 600 nəfər koronavirusun qurbanı olub.