Almaniyada koronavirusa yoluxanların sayı 95 000 nəfəri ötdü

6 Aprel 2020 09:11 (UTC+04:00)

Almaniyada koronavirusa yoluxma ilə təsdiq edilmiş halların sayı 95 391 nəfərə çatıb.

Mövqe.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu bildirib.

Məlumata görə, ölkədə ümumilikdə 1 434 nəfər pandemiyanın qurbanı olub.

Son sutka ərzində Almaniyada 3 677 virusa yeni yoluxma aşkarlanıb, ölənlərin sayı 92 nəfər təşkil edib.

Yoluxma hallarının ən böyük sayı Bavariyada (24 974) qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Baden-Vürtemberq (19 395) və Şimal Reyn-Vestfaliya (19 384) qərarlaşıb. Paytaxt Berlində xəstəliyə 3 670 yoluxma aşkarlanıb.

Koronavirus ilk dəfə ötən ilin sonlarında Çini Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.  

Dünyada koronavirusa yoluxma hallarının sayı 1 133 758, ölənlərin sayı 62 784 nəfər təşkil edir.