Bakıda kişi metil spirtindən zəhərlənərək öldü

6 Aprel 2020 10:00 (UTC+04:00)

Bakıda ölüm hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə aprelin 5-i paytaxtın Xətai rayon ərazisində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Ağabala Məmmədbəyov spirtli içki aludəçisi olduğu üçün metil spirt içərək zəhərlənib. Xəstəxanaya çatdırılan A.Məmmədbəyov orada ölüb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.