Zərdab rayonunun Bəyimli qəsəbəsində 16 yaşlı qız ölüb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, qəsəbə sakini 2004-cü il təvəllüdlü M.G. yaşadığı evdə kimyəvi məhlul içib.
Valideyinləri dərhal onu rayon mərkəzi xəstəxanasına aparıblar.Həkimlərin səylərinə baxmayaraq, gənc qızın həyatını xilas etmək olmayıb.
Faktla bağlı Zərdab rayon polis şöbəsində araşdırılma aparılır.