Masallı rayonunda vətəndaşlara ərzaq paylanır

6 Aprel 2020 16:00 (UTC+04:00)

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Masallı rayonunda xüsusi karantin rejiminin tələblərinə riayət edilməsinə nəzarət gücləndirilib. Belə ki, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə tam riayət olunması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirən Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri “Evdə qal!” devizi ilə 5 aprel 2020-ci il tarixdə keçirilən humanitar aksiyaya qoşularaq 65 yaşdan yuxarı və tənha yaşayan rayon sakinlərinə ərzaq yardımlarının paylanmasında iştirak etmişdir.

Aksiya çərçivəsində Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 65 yaşdan yuxarı və tənha yaşayan ümumilikdə 143 nəfər rayon sakininə ərzaq yardımları verilib. Həmin zəruri ərzaq məhsulları vətəndaşlara yaşadıqları ünvanda, evlərində çatdırılıb.

İştirak etdiyimiz Masallı şəhər, Boradigah qəsəbə,  Şərəfə və bir neçə kənd ərazilərində Minarə Niftullayeva, Gülçiçək Əliyeva, Minəxanım Muxtarova, Zənfirə Əkbərova, Gülqayıd Zeynalova, Ağabacı Məmmədova və başqa vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə ediblər.