Rusiyanın “Generium” bioloji-farmakoloji şirkətində ilk yerli sürətli koronavirus testi qeydiyyata alınıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, test Rusiyanın Tibbi-Bioloji İttifaq Şirkəti (“Mediko-biloqiçeskiy soyuz”) tərəfindən hazırlanıb.
Ekspress-test Rusiya Səhiyyə Nazirliyinin Nəzarət xidməti tərəfindən qeydiyyata alınıb.
Məlumata görə, nümunə hazırlığı da daxil omaqla, bu test 40 dəqiqə ərzində koronavirusa dair nəticəni 94 faiz dəqiqliklə bildirir.