Azərbaycanda karantində 4 369 nəfər var - RƏSMİ

6 Aprel 2020 15:45 (UTC+04:00)

Azərbaycanda koronavirusa görə karantinə yerləşdirilənlərin sayı məlum olub.

Bu barədə Mövqe.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 4 369 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.