Türkiyədə tibbi maskalar pulsuz paylanacaq

6 Aprel 2020 23:15 (UTC+04:00)

Türkiyədə tibbi maskalar pulsuz olaraq paylanacaq.

Mövqe.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan qeyd edib ki, maskaların satılması qəti qadağandır.

Dövlət başçısı yerli hakimiyyət orqanlarının "e-devlet" portalında və PTT poçt saytında sorğu göndərən bütün vətəndaşlara pulsuz maskalar paylamağa başlandığını deyib:

"Bir dövlət olaraq bütün vətəndaşlarımıza pulsuz maskalar təqdim etməkdə qərarlıyıq".

Türkiyə lideri əlavə edib ki, 45 gündə Atatürk hava limanında və İstanbul vilayətinin Sancaktepe rayonunda iki xəstəxananın inşası tamamlanacaq.

Milli.Az