Reanimasiyaya yerləşdirilmiş Boris Consonun vəziyyətində dəyişiklik yoxdur

7 Aprel 2020 11:36 (UTC+04:00)
Böyük Britaniyanın Baş naziri Boris Consonun vəziyyətində hələlik heç bir dəyişiklik yoxdur. APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Baş nazirə yaxın olan iki mənbə məlumat verib. Qeyd edək ki, koronavirusa yoluxmuş Boris Conson vəziyyəti pisləşdiyindən aprelin 6-da reanimasiya şöbəsinə yerləşdirilib.