Norveçdə yeni tip koronavirus nəzarət altına alınıb.
Mövqe.az xəbər verir ki, bunu Norveçin Səhiyyə naziri Bent Xoye deyib.
O bildirib ki, sərt tədbirlər görülməsəydi, Avropanın digər ölkələrində yaşananlar Norveçdə də baş verəcəkdi:
"Statistikaya əsasən demək olar ki, ölkə üzrə pandemiyaya yoluxma hallarında artım müşahidə edilmir. Yaxın zamanlarda xəstəxanalarda müalicə alanların sayında da azalma olacaq".
Qeyd edək ki, Norveçdə ümumilikdə 5 min 755 nəfərdə koronavirus aşkarlanıb, 59 nəfər isə həyatını itirib.