Renat Dadaşov Wolverhampton-dan ayrılır?

7 Aprel 2020 15:52 (UTC+04:00)
Wolverhampton millimizin üzvü Renat Dadaşovu göndərməyə hazırlaşır. Goal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi futbolçunu icarəyə vermək niyyətindədir. Məlumata görə, klub rəhbərliyi əsas heyətə düşə bilməyən Renatı inkişaf etməsi üçün başqa bir kluba göndərəcək. Dadaşovun komandanın bombardiri Raul Ximenesə rəqib ola biləcəyi inandırıcı deyil. Buna görə də məşqçilər heyətinin mövsüm sonunda 21 yaşlı futbolçunu icarəyə verməyi düşündüyü bildirilir. Qeyde edək ki, Renat Dadaşov cari mövsümün ilk yarısını icarə əsasında Pacos de Fereira-da keçirib.