"Milli Şura xəyanət virusuna bənzəyir" - Deputat

7 Aprel 2020 22:00 (UTC+04:00)
"Bu gün dünyada milyardlarla insanın adi həyat və məişətini tamamilə dəyişdirən koronavirus pandemiyası daha da sürətlə alovlanmaq davam edir. Ölkələrin bir-biri ilə məlumat mübadiləsi dünya kütləvi informasiya vasitələrinin xəbərləri demək olar ki, yalnız pandemiya xəbərlərinə həsr olunub. Hər gün yüzlərlə yeni ölümlər və yoluxma xəbərləri. Bu isə bütun bəşəriyyəti sarsıdıb və kədərləndirir". Bu barədə millət vəkili İlham Məmmədov verdiyi açıqlamada bildirib. O qeyd edib ki, həmrəylik və birliyin bu bəlaya qarşı yeganə silah olduğunu artıq hamı dərk etməyə başlayır: "Lakin ölkəmizdəki "milli şura" adlandırılan bir qrup "virus", insürlər Azərbaycanda da formalaşan bu birliyi bu xalq-dövlət həmrəyliyini parçalamaq üçün yollar arayır, şər-böhtan kampaniyaları ilə beşinci kalon olaraq təxribatlar törətməyə çalışırlar. Ölkəmizdəki 5 ci kolonun "virusları" hələ də başa düşə bilmirlər ki, bu gün yaranmış olan ağır situasiya çox ciddi məsələdir -xalqımızın, genofondumuzun sağlamlığı, milli və dövlətimizin təhlükəsizliyi məsələsidir. Çünki onlar üçün Vətən, xalq, dövlət anlayışı yoxdur. Özünü müxalifət adlandıran bu ünsürlərdən ibarət "milli şura" rəhbərləri iddia edirlər ki, guya Azərbaycan hökuməti koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq edilən ciddi karantin rejimindən siyasi rəqiblərinə qarşı istifadə edir. Olduqca absurd və gülünc bir iddiadır". Millət vəkili deyir ki, belə ağır günlərdə absurd iddialarla, dezinformasiya yaymaqla radikallar xalqın gözündən daha da düşmüş olurlar: "Azərbaycan xalqının tarixin zibilliyinə çoxdan atdıgı belə "mikrobları", çürüntüləri necə dövlətimizə rəqib hesab etmək olar? Sadəcə, artıq güclü və qüdrətli, hüququn aliliyinin, vətəndaş-iqtidar birliyinin, umummilli həmrəyliyin yarandığı Azərbaycanımızı bundan sonra kiminsə əl uzadaraq qarışdırmasına imkan vermərik. Bu gün Azərbaycan dövlətinin, onun Prezidentinin yalnız bir qayğısı var ki, o da bəşəriyyətə müharibə elan etmiş COVID-19 pandemiyasi ilə mübarizədə xalqımızı və dövlətimizi az itki ilə çıxarmaqdır. Prezident xalqının dəstəyi ilə bu çətin işin öhdəsindən də gələcək, dövlətimiz hazırkı ağır situasiyadan üzü ağ çıxacaq. Bu mübarizədə yeganə silahımız isə həmrəyliyimiz və birliyimizdir. Sizlər isə çürümüş beyinlərinizlə hələ də düşünürsünüz ki, bu birliyi dağıda bilərsiniz. Yaddan çıxarmayın, bu gün aparılan hüquqi- siyasi və iqtisadi islahatlar dövlətimizi, xalqımızı gücləndirir və bu islahatlar davam edəcək də. Daha güclü və qüdrətli Azərbaycan naminə xalqımız daima dövləti və Prezidenti ilə həmrəy olacaq!".