Avropa Parlamentinin üzvləri cəbhə bölgəsində olublar

9 İyul 2013 18:33 (UTC+04:00)

Avropa Parlamentinin bir qrup üzvü Ağdam rayonunun işğal edilməmiş hissəsində səfərdə olub.


APA-nın Qarabağ bürosunun xəbərinə görə, Belçikadan Alain Destexhe (nümayəndə heyətinin rəhbəri), Avropa Xalq Partiyasının  vitse-prezidenti və xarici əlaqələr komitəsinin üzvü Mario David, Fransa Xalq Hərəkatı Birliyinin üzvü xanım Raşida Dati, Polşadan Demokratiyaya yardım və seçkilərin koordinasiyası qrupunun üzvü Filip Kaçmarek, Rumıniyadan Liberal Demokratik Partiyanın təmsilçisi Yelena Antonetku və Portuqaliyadan sabiq parlament üzvü Jorqe Morgado Ağdamın Quzanlı qəsəbəsində Rayon İcra Hakimiyyətinin binasında rəsmilərlə görüş keçiriblər.

 

Daha sonra qonaqlar rayon mədəniyyət evində Ağdama həsr olunmuş filmi izləyiblər.

 

Qonaqları Azərbaycan parlamentinin üzvü Fazil Qəzənfəroğlu müşayiət edib.