ABŞ-da 50 il evli olmuş cütlük eyni gündə koronavirusdan vəfat edib

8 Aprel 2020 19:20 (UTC+04:00)

ABŞ-da 50 il evli olmuş cütlük eyni gündə koronavirusdan vəfat edib.

Trend-in məlumatına görə, Missisipi ştatında 72 yaşlı Cerri Ostin Uilyamson və Fransis Cuel Uilyamson martın sonunda kruiz səfərindən qayıtdıqdan sonra özlərini pis hiss ediblər.

Xəstəxanaya yerləşdirilən cütlükdə COVID-19 simptomları aşkar edilib.

Bir neçə gündən sonra vəziyyətləri ağırlaşan qocalar bir-birindən 6 dəqiqə ara ilə vəfat ediblər.