Şirkətdən 100 kiloqram toyuq məhsulu oğurlandı

8 Aprel 2020 15:24 (UTC+04:00)

"Siyəzən Broyler" ASC-də oğurluq hadisəsi baş verib.

Mövqe.az-ın xəbərinə görə, şirkətdən 100 kiloqram toyuq məhsulu oğurlanıb.

"Siyəzən Broyler" ASC-nin direktoru Asəf İsmayılov hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edərək oğurluğun şirkətin işçiləri tərəfindən edildiyini bildirib.

Fakt üzrə araşdırmalar aparılır.