Baş Nazir Milli Məclisə videohesabat verəcək

8 Aprel 2020 15:40 (UTC+04:00)

“Karantin rejimi ilə əlqədar olaraq sabahkı iclasda Baş Nazir Əli Əsədovun videohesabatı dinləniləcək”.

Bu barədə Mövqe.az-a Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

Onun sözlərinə görə, videohesabatdan sonra səsləndirilən rəy və təkliflər sistemləşdirilərək Nazirlər Kabinetinə göndəriləcək.