Cəbhədə vəziyyət gərginləşib

10 İyul 2013 11:05 (UTC+04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen və Noyemberyan rayonunun Berdavan kəndlərində yerləşən mövqelərdən, Qazax rayonunun Kəmərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, Tovuz rayonunun Ağdam və Koxanəbi kəndinlərində yerləşən mövqelərimizi atəşə tutub.

 

Füzuli rayonunun Qorqan, Aşağı Əbdülrəhmanlı, Ağdam rayonunun Şıxlar, Kəngərli, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 

Düşmən cavab atəşi ilə susdurulub.