Azərbaycanda karantin rejimi uzadıla bilər

8 Aprel 2020 17:43 (UTC+04:00)

"Karantin müddətinin artırılması vəziyyətin gedişatından asılıdır".

Mövqe.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, rəqəmlər artsa və qaydalara əməl edilməsə karantin müddəti uzadıla bilər:

"Hətta bugünkü şərtlər daxilində nəinki müddət uzadıla eyni zamanda tədbirlər daha da sərtləşdirilə bilər.

O bildirib ki, bəzən savadlı şəxslər də qaydaları da pozur: "Külli miqdarda saxta icazələrlə küçədə gəzənlərin sayı artır".