Azərbaycanda koronavirusa yoluxanlardan 37-sinin durumu ağırdır

8 Aprel 2020 19:08 (UTC+04:00)

"Hazırda ölkə üzrə koronavirusa yoluxun aktiv xəstələrdən 37-sinin durumu ağırdır. Onlardan 20-dən çoxu məhz "Yeni klinika"da müalicə alır".

Mövqe.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, klinikanın açılışının səhərisi günündən, yəni martın 27-dən etibarən koronavirusa yoluxan ağır xəstələrin yerləşdirilməsinə başlanıb.