Pandemiya maskaları və maskalı radikallar

9 Aprel 2020 09:44 (UTC+04:00)

Pandemiya səbəbincə cəmiyyətin düşdüyü təbii çətinliklər dövründə küçədə yaranmış xırda qəzaya görə vətəndaşa hücum edən Milli şura üzvü Tofiq Yaqublu barəsində məhkəmənin həbs qətimkan tədbirini seçməsi təsadüfi baş verən qəza sayıla bilməz. Çünki vətənpərvərlik maskası altında gizlənən radikalların belə dövrlərdə fəallığı daha da artır. Onların sosial şəbəkələrdəki çıxışlarından görünür ki, açıq-aşkar sevinirlər. Ona görə belə məqamlarda iş hökumət tərəfdən iş qaynayır və görülən hər bir işə “mız” qoymağı sevən radikalların böhtan atmaları üçün şərait yaranır. Belə ki, Milli şura üzvlərinin öndə olduğu radikallar dəstəsi “başqalarının bədbəxtliyi üzərində xoşbəxtlik axtaran” təbəqəyə aiddir.

Bəli, çətin dövrdür,   dünyada milyardlarla insanın həyatını, cəmiyyətlərin dövranını, beynəlxalq siyasəti dəyişdirməyə qabil olan koronavirus pandemiyası özünün pik halına çatıb. Biz hər səhər hansı ölkədə nə qədər insanın həyatını itiməsinin statistikası ilə kədərlənir, buna qarşı görülən tədbirlərdən təsəlli tapırıq. Ən güclü dövlətlər belə bu bəla qarşısında acizdir. Halbuki ABŞ, Böyük Britaniya, Almaniya, Yaponiya kimi ölkələr pandemiyanın qarşısını almaq üçün külli miqdarda vəsait ayırır, lakin uğura nail ola bilmirlər. Koronavirus “kefi istəyən” kimi öz işini görür, və “kefi istəyəndə” də çıxıb gedəcək. İnsanlar, hökumətlər yalnız əlbir fəaliyyət sayəsində ala biləcəkləri zərbələri yumşaldır, daha az insan itkisinə nail olmağa çalışırlar. Kim vaxtında tədbirini görürsə, o da qazanır, yəni epidemiyadan daha az zərər görür. Əlli tərpənən ölkələrdən biri də Azərbaycan hakimiyyətidir. Vaxtında görülmüş qabaqlayıcı tədbirlərə görə ölkəmiz indiyədək ən az ölüm faktının qeydə alındığı dövlətlərdən biridir.

Bəs, birliyin tələb olunduğu indiki situasiyada müxalifət nə işlə məşğuldur?! Bəzi müxalifət partiyaları başlarını aşağı salıb öz işləri ilə məşğuldurlarsa, bəziləri də imkanı daxilində əhaliyə yardım kampaniyasına qoşulub. Radikallar isə.., yalnız böhtan atmaqla məşğuldur. Hökumətin aztəminatlı ailələrə yardım paketi və xəstələrin qayğısına qalmaq istiqamətində gördüyü işlər kifayət qədər çevik və əhatəlidir. Çünki pandemiyadan qorunmağın əsas yolu təcrid prosesindən keçir. Azərbaycanda bu məsələ böyük ölçüdə yerinə yetirilir. Hökumət üzvləri, polis, daxili qoşunların nümayəndələri, ictimaiyyət əl-ələ verib pandemiyaya qarşı mübarizə aparır. Ləli kərimlilər isə pozuculuq fəaliyyətlərini genişləndirməyə girişiblər.

“Milli şura” kimi təmtəraqlı ad altında birləşən bir qrup araqarışdıran Azərbaycanda formalaşan həmrəyliyi, xalq-iqtidar birliyini parçalamaq üçün dəridən-qabıqdan çıxır, haqsız tənqidlərlə şər-böhtan kampaniyaları aparır, beşinci kalon statuslarına uyğun olaraq təxribatlar törətməyə çalışırlar. Siyasi avanturizm virusunun daşıyıcıları olan bu kolonun üzvləri pandemiyanın ciddiliyini dərk etməkdən məhrum olduqlarına, yaxud özlərini belə göstərmələrinə görə əslində antidövlət fəaliyyəti sərgiləyirlər. Onların çirkin təbliğatına görə, guya “Azərbaycan hökuməti koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq edilən ciddi karantin rejimindən siyasi rəqiblərinə qarşı istifadə edir. Dövlətin vətəndaşlarının sağlamlığını qoruması üçün atığı addımların onlar tərəfindən bu cür dəyərləndirilməsi olduqca absurd, gülünc və bir o qədər də qərəzli iddialardır”. Bu cür bəyanatlar “Milli Şura”nın marginal qrup olmasının, onun üzvlərinin siyasi mənəviyyatsızlığının növbəti dəfə təsdiqidir.

N.NOVRUZ