Abdullah Gül əməliyyat olunub

10 İyul 2013 11:49 (UTC+04:00)

Türkiyə Prezidenti Abdullah Gül sağ qulağından əməliyyat olunub. Bu barədə Trend "Habertürk" qəzetinə istinadən məlumat verir.


Məlumatda bildirilir ki, əməliyyat İstanbulun "Acıbadəm" xəstəxanasında baş tutub. Əməliyyatdan sonra Gül evə buraxılıb.


Qəzet yazır ki, Türkiyə Prezidenti əməliyyatdan 4 gün sonra səlahiyyətlərinin icrasına başlayacaq.


Bildirilir ki, buna qədər Prezident Gül qulaqlarındakı ağrılarla əlaqədar həkimlərə müraciət edib