Ermənistanda 921 nəfər koronavirusa yoluxub

9 Aprel 2020 11:42 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 921 nəfərə çatıb.

Mövqe.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 40 nəfərdə yoluxma qeydə alınıb.

Bu günədək Ermənistanda 10 nəfər koronavirusun qurbanı olub.

 

773 nəfərin müalicəsi davam edir.